Azərbaycan vətəndaşı qeyri-qanuni yolla İrana alt paltarında 20 min dollar keçirmək istəyib

12:49 - 12.11.2018


12 noyabr, Fineko/abc.az. Azərbaycan gömrükçüləri valyutanın qeyri-qanuni yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan vətəndaşı ölkədən İrana bəyannamədə göstərilməmiş 20 min ABŞ dolları məbləğində pul çıxarmağa cəhd edib.

“Qanun pozucusu pulları alt paltarında keçirməyə cəhd edib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər