Vahid Ələkbərov: 2019-cu ildə neft hasilatının azalması barədə danışmaq hələ tezdir

13:29 - 12.11.2018


12 noyabr, Fineko/abc.az. 2019-cu ildə OPEC + çərçivəsində neft hasilatının mümkün azalması barədə danışmaq hələ tezdir.

Bu barədə “RİA Novosti” agentliyinə “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.

Bazar günü Əbu-Dabidə OPEC + Nazirlər Monitorinq Komitəsinin iclası keçirilmişdi. İştirakçılar 2019-cu ildə neft bazarında neftin həddindən artıq təklif olunacağını qeyd etdilər, lakin hasilatın azaldılmasını hələ ki təklif etmirlər, lakin bazarın monitorinqini davam etdirməyə qərar verdilər.

2019-cu ildə OPEC + çərçivəsində neft hasilatının mümkün azalmasının necə qiymətləndirildiyini soruşduqda V.Ələkbərov cavab verdi: “Hesab edirəm ki, bu barədə danışmaq hələ çox erkəndir, neftin qiyməti olduqca yüksəkdir”.

“(OPEC +  ölkələri arasənda – red.) sazişin qalması çox vacibdir, bazarın monitorinqi mümkündür. Biz OPEC +  hərəkətlərini dəstəkləyirik”, - deyə V.Ələkbərov əlavə edib.

OPEC və təşkilata daxil olmayan bir sıra ölkələr (OPEC +) 2016-cı ilin sonunda Vyanada neft hasilatının,  2016-cı ilin oktyabr ayının səviyyəsindən 1,8 milyon barelə endirilməsi barədə razılığa gəliblər. Bu məbləğin 300 mini Rusiyanın payına düşür.  2017-ci ilin əvvəlindən başlayan müqavilə 2018-ci ilin sonuna qədər uzadılıb. 2018-ci ilin iyun ayında OPEC + həmin dövrdə 47% təşkil edən razılaşmanın şərtlərini aşmağın qarşısını almaq məqsədi ilə razılığa gəlib.

 

Bütün xəbərlər