AMB depozit hərracında 350 milyon manat cəlb etdi

12.11.2018,17:46


12 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 12 noyabr  tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  1 232,5 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.