AHK Azərbaycan Leypsiqdə keçiriləcək "Z və Intec" sərgisinə 4-7 fevral 2019-cu il tarixlərində biznes səfəri təşkil edir

10:00 - 13.11.2018


13 noyabr, Fineko/abc.az. 5-8 fevral 2019-cu il tarixlərində Almaniyanın Leypsiq şəhərində Saksoniya vilayətinin sənaye üzrə aparıcı sərgisi olan "Z və Intec" sərgisi keçiriləcəkdir.

Bu səbəblə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Sənaye İxracının Təşviqi (SİT) layihəsi çərçivəsində 4-7 fevral 2019-cu il tarixlərində Azərbaycanın Maşın Mühəndisliyi, Maşın və Cihazqayırma sahələri üzrə təşkilat və müəssisələrinin nümayəndələri üçün "Z və Intec" sərgisinə biznes səfəri təşkil edir. Layihə Saksoniya Dövlət İqtisadiyyat, Əmək və Nəqliyyat Nazirliyi (SMWA) tərəfindən maliyyələşdirilir və Saksoniya İqtisadi İnkişaf Korporasiyası (WFS) ilə AHK Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

SİT layihəsinin proqramına sərgiyə ziyarət, seminarlarda iştirak, müəssisələrlə işgüzar görüşlər, müvafiq sahələr üzrə seçilmiş Saksoniya şirkətləri ilə ikitərəfli görüşlər, eləcə də qeyri-rəsmi formatda müzakirələr və mədəni tədbirlər daxildir. Biznes səfərin əsas məqsədi oxşar biznes profillərinə malik olan Azərbaycan və Saksoniya şirkətlərinin bir araya gətirilməsi və ikitərəfli işgüzar əməkdaşlığın genişləndirilməsidir.

İştirak ödənişsizdir. Biznes səfəri zamanı ünsiyyət dili əsasən rus dili olacaqdır. Biznes furşet, profillərə uyğun alman şirkətləri ilə ikitərəfli görüşlər, Saksoniya vilayəti daxilində müəssisələrlə

görüşlər, eləcə də qrup proqramı zamanı tərcümə xidmətləri ilə bağlı xərclər Saksoniya federal vilayətinin SİT layihəsi tərəfindən qarşılanacaqdır. Uçuş bileti, Saksoniya vilayətində hotel və viza xərcləri iştirakçılar tərəfindən qarşılanır. AHK Azərbaycan uçuş biletlərinin alınması, hotel rezervasiyası və viza məsələlərində iştirakçılara dəstək göstərir. Azərbaycan təşkilat və müəssisə nümayəndələrinin iştirakı onlayn qeydiyyat linki vasitəsilə aparılır.

Qeydiyyat üçün son tarix 30 noyabr 2018-ci ildir.

Bütün xəbərlər