Xarici işlər naziri Çinin Kommunist Partiyasının nümayəndə heyətini qəbul etdi

11:30 - 15.11.2017


15 noyabr, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Li Junun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Çin nümayəndə heyətinin rəhbəri bildirdi ki, 2017-ci il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin  qurulmasının, həmçinin, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlamətdar oldu. O, sevinclə vurğuladı ki, son 25 il ərzində Azərbaycanın inkişafı tərifə layiqdir.

Elmar Məmmədyarov Azərbaycan və Çin arasında  əməkdaşlığın bütün sahələrdə inkişafından  məmnunluğunu bildirdi. O qeyd etdi ki, iki ölkə arasında siyasi dialoqun gələcək irəliləyişi iqtisadi, ticarət və digər sahələrdə  yeni əməkdaşlığın perspektivlərinə təkan verəcək.

Tərəflər arasında həmçinin ikitərəfli münasibətlərin humanitar, təhsil və turizm sahələrindəki  gələcək perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

 

 

Bütün xəbərlər