Azərbaycan nefti bahalaşdı

10:28 - 13.11.2018


13 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 1,2 dollar (1,69%) yüksəlib.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 72,15 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  0,26 dollar (0,43%) enərək bir barelə 59,93 dollar təşkil etmişdir.  

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti  0,06 dollar (0,09%) enərək bir barelə 70,12 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 10,19 dollara bərabərdir.

 

Bütün xəbərlər