Dövlət Gömrük Komitəsi 2018-ci ilin 3 rübündə dövlət büdcəsinə təxminən 3 milyard manat köçürüb

13.11.2018,12:47


13 noyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsində 2 978 496,8 min manat həcmində vergi və rüsumlar köçürmüşdür.

DGK-in məlumatında deyilir ki, oktyabr ayında Azərbaycan dövlət büdcəsinə 378,122,3 min manat köçürülmüşdür.

“Oktyabr ayında gömrük rüsumları üzrə köçürmələr 93,252,2 min manat, ƏDV üzrə 263,685,9 min manat, aksiz vergisi üzrə 16,539,4 min manat, yol vergisi üzrə 4 644,8 min manat təşkil edib” , - deyə Dövlət Gömrük Komitəsindən bildirildi.

2018-ci ilin sentyabr ayında dövlət büdcəsinə 329,410,6 min manat, avqustda 329,805,5 min manat, iyul ayında 322161,5 min manat, iyun ayında 293360,2 manat, may ayında 298054,8 manat, aprel ayında 300591,9 min manat, martda 281238,1 min manat, fevralda 219663,6 min manat, yanvarda isə 226088,3 min manat köçürülüb.