Bugünki hərracda 10 dövlət əmlakına 49 sifariş verildi

16:04 - 13.11.2018


13 noyabr, Fineko/abc.az. Bu gün keçirilən hərracda çıxarılan əmlaklardan 10-u üzrə 49 sifariş verilmişdir. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 3 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 6 nəqliyyat vasitəsi öz sahibini tapdı. Nəqliyyat vasitələrindən 5-i üzrə ümumilikdə 44 sifarişin verilməsi hərracda rəqabətli mühit yaratdı. Sifarişçilərin fəallığı VAZ markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətlərinin 2 dəfədən çox yüksəlməsinə səbəb oldu.

Cari il ərzində komitə tərəfindən ümumilikdə 195-ə yaxın hərrac keçirilib. Elektron hərrac sisteminin üstünlükləri və dövlət əmlakları üzrə geniş çeşid vətəndaşların prosesə olan marağını və fəallığını artırıb. Bunun nəticəsində özəlləşdirilən 550-ə yaxın dövlət əmlakından 55-i rəqabətli mühitdə öz sahibini tapıb. Bu günə qədər 95-ə yaxın vətəndaş hərraca çıxarılan dövlət əmlakları üzrə elektron formada sifariş vermiş, 20-ə yaxını isə onlayn formada hərracda iştirak etmişdir.

Bütün xəbərlər