Bu gün özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

17:00 - 13.11.2018


13 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün özünüməşğulluq proqramı çərçivəsində Şamaxı, İsmayıllı, Ağsu, Tovuz, Göygöl  və digər bir sıra rayonlarda 50-dən işsiz və işaxtaran şəxsə  aktivlər (mal və materiallar) təqdim olunub.

Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə təsərrüfatlarını qurmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin ediliblər.
Proqram çərçivəsində yaradılan təsərüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da həmin sahənin inkişafı, aqrar sektorda məhsul artımı üçün əlavə dəstəkdir.

Bütün xəbərlər