“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

17:59 - 13.11.2018


13 noyabr, Fineko/abc.az. “Nar” və ADA Universiteti arasında əldə olunan əməkdaşlıq sazişinə əsasən, mobil operator universitetdə yüksək nəticələr göstərən tələbələrə dəstək olacaq. Əməkdaşlıq çərçivəsində “Nar” da ADA Universiteti Fonduna öz təhfəsini verəcək və universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunda təhsil alan və fərqlənən tələbələrinin təqaüdünü ödəyəcək. Qeyd edək ki, 2017-2018-ci tədris ili üzrə ADA Universitetində Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Kompüter Elmləri ixtisasları üzrə təhsil alan 50-yə yaxın tələbənin təqaüdü ADA Universiteti Fondu tərəfindən ödəniləcək. Noyabrın 12-də ADA Universitetində təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdim olunması mərasimi keçirilib və onlara xüsusi sertifikatlar verilib.

“Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıqla yanaşı, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və təcrübə imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”ın bu təşəbbüsü tələbələrin dərslərində daha uğurlu olmalarına xidmət edir.  ADA Universiteti ilə “Nar” arasındakı əməkdaşlıq ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük töhfə verəcək.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Bütün xəbərlər