330x110
 

Xarici işlər naziri Misirin nümayəndə heyətini qəbul etdi

15.11.2017,12:01


15 noyabr, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Cənubi Sinay Vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş əsnasında tərəflər iki ölkə arasında turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edərək bu istiqamətdə səylərin gücləndirilməsinin vacibliyini vurğuladılar.

Azərbaycanla Misir arasında tarixi əlaqələrə toxunan nazir Elmar Məmmədyarov, ölkələrimiz arasında mədəni və dini bağlılığının münasibətlərin inkişafına müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirdi.

Azərbaycana xoş münasibətini bildirən Xalid Fudə Məhəmməd, iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsinin ikitərəfli əməkdaşlığı gücləndirəcəyini və turizmin inkişafına təkan verəcəyini qeyd etdi.

 

 

Açar sözlər: Misir Məmmədyarov