330x110
 

Milli Şaxta Baba, MDB ölkələrinin Şaxta Babalarının ilk üçlüyünə daxil olub

14.11.2018,10:21


14 noyabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi qarşıdan gələn qışda MDB ölkələrində və Gürcüstanda turistlər arasında ən yaxşı və ən populyar Şaxta Babaların reytinqini təqdim etdi.

Rusiyanın əsas  Şaxta  Babası noyabrın 18-də Voloqda  vilayətinin  Velikiy Ustyuq şəhərində öz  ad gününü qeyd edir. Həmin gün, Şaxta  Baba  Rusiyada ilk Yeni İl Yolkasının işıqlarını yandırır və ölkənin hər yerindən və MDB ölkələrindən olan Şaxta Babaları qarşılayır.

MDB ölkələrinin Şaxta  Babalarının turistlər arasında populyar onluğuna  Belarusda Dzed Maroz, Qazaxıstanda Ayaz Ata, Azərbaycanda Şaxta Baba, Ermənistanda Kahand Papa, Özbəkistanda Korbobo, Moldovada Moş Kreçun, Qırğızıstanda Ayaz Ata, Tacikistanda Boboi Barfi, Türkmənistanda Ayaz Baba və Gürcüstanda Tovlis Papa daxil olub.

Reytinq, Şaxta Babaların olduğu yerlərə turistlərin səfərlərinin təhlili əsasında aparılıb.