Azərbaycanda orta əmək haqqı təxminən 3% artıb

11:41 - 14.11.2018


14 noyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqının həcmi 2,8% artaraq 540,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, mədən sənayesi, maliyyə və sığorta, peşə, elmi və texniki fəaliyyət, informasiya və kommunikasiya, nəqliyyat və anbar təsərrüfatı sahələrində, həmçinin  tikinti sektorunda  çalışan işçilərin əmək haqqı daha da yüksəkdir.

“1 oktyabr tarixinin vəziyyətinə görə, ölkə daxilində muzdla çalışanların sayı 1,7% artaraq 1,552 milyona çatıb. Onların  əksəriyyəti, yəni 883,2 min nəfər dövlət sektorunda, 669,5 min nəfər isə özəl sektorda işləyir”, - deyə Dövlət Statistika Komitəsindən xəbər verildi.

 

Bütün xəbərlər