Azərbaycan 2 753 növdə mallar ixrac edir

14.11.2018,13:04


14 noyabr, Fineko/abc.az. Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 176-a çatıb.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədovun sözlərinə görə, xarici ticarət əməliyyatlarında iştirak edən sahibkarların sayı 17 mini keçib.

“2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft ixracının həcmi 13%, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı 20% artıb. Azərbaycandan cəmi 2 753 növdə mallar ixrac olunur”, - deyə nazir müavini qeyd edib.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayevin sözlərinə görə, şərab məhsullarının ixracı 9 ay ərzində 43% artıb.