Azərbaycan Parlamenti ilk oxunuşda 2019-cu il üzrə dövlət büdcəsi layihəsini qəbul edib

15:29 - 14.11.2018


14 noyabr, Fineko/abc.az. Azərbaycan Parlamenti bu gün ilk oxunuşda 2019-cu il üzrə dövlət büdcəsi layihəsini qəbul edib.

İkinci oxunuşda dövlət büdcəsi layihəsi noyabrın 23-də keçiriləcək iclasda müzakirə olunacaq.

Dövlət büdcəsinin gəlirləri 2019-cu ildə 22,917 milyard manat, xərcləri 24,780 milyard manat səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsirinin 1,862 milyard manat və ya ÜDM-in 2,3% səviyyəsində olacağı gözlənilir. Dövlət büdcəsində neftin qiyməti bir barelə 60 dollar səviyyəsində müəyyən olunub.

 

Bütün xəbərlər