Azərbaycanda banklararası hesablaşmalar sisteminin dövriyyəsi 3 dəfə artıb

12:49 - 15.11.2018


15 noyabr, Fineko/abc.az. Azərbaycanın maliyyə sektorunda müasir texnologiyaların tətbiqi nəticəsində nağdsız hesablaşmalar  sisteminin dövriyyəsi artıb.

III Beynəlxalq Bank Forumu zamanı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, ölkədə 30 bank fəaliyyət göstərir.

“2010-cu ildə banklararası hesablaşmaların dövriyyəsi 85 milyard manat təşkil edib,  2017-ci ildə 210 milyard manata qədər artıb, bu ilin sonuna qədər isə bu hesablamaların 255 milyard manata qədər artacağı gözlənilir”, - deyə Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə edilən proqnoz 2-3 dəfə artımla icra olunub.

 

Bütün xəbərlər