Putin: Neftin qiyməti çox sabit deyil, getdikcə arta bilər

17:13 - 15.11.2018


15 noyabr, Fineko/abc.az. Rusiya prezidenti  Vladimir Putin xəbər verib ki, keçən həftə sonunda Parisə səfəri zamanı ABŞ prezidenti Donald Tramp ilə neft bazarında vəziyyəti müzakirə edib. Bu barədə “Reuters” xəbər yayıb.

“Düşünürəm ki, bu günkü qiymət çox sabit deyil, yüksələ də bilər. Bu, bir çox amillərdən asılıdır. Yeri gəlmişkən, biz prezident Trampla bunu Parisdə müzakirə etmişik, ən azından, bu barədə danışmışıq”, - bunu, Sinqapurda mətbuat üçün təşkil olunmuş brifinqdə Putin deyib.

Putin, OPEK + formatında neft hasilatını məhdudlaşdırmaq haqqında yeni qərarın lazım olub-olmadığını söyləməyib.

“Hasilatın məhdudlaşdırılmasının lazım olub-olmadığı barədə hələ bir şey söyləmək istəmirəm. Burada çox diqqətli olmaq lazımdır, hər sözün bir mənası var və federal büdcə gəlirlərində ifadə edilir”, - Putin belə deyib.

“Lakin, təbii ki, əməkdaşlıq etmək lazımdır və biz əməkdaşlıq edəcəyik. OPEK + formatı özünü müsbət göstərdi, biz bunu bazar vəziyyətində görürük, amma ekspertlərin fikrini bilirsiniz, bir az aşağı-yuxarı sapma mümkündür”.

Putinin həmçinin bildirib ki, Rusiya Federasiyası neft qiymətinin təxminən 70 dollar olmasından razıdır və istehsalçı və alıcılar üçün optimal səviyyənin  tapılması zəruridir.

“Həm istehsalçılar, həm də istehlakçılar üçün optimal qiymət lazımdır. Büdcənin xərcləmə hissəsinin 40 dollar səviyyəsində hesablandığını nəzərə alsaq, indi olan qiymət, bu yaxınlarda olan qiymət, təxminən 70 dollar bizi olduqca qane edir. Bu, bizə əmin olmaq, səylə çalışmaq, davamlı işləmək, makroiqtisadiyada əks olunan çox yaxşı nəticələr əldə etmək imkanı verir”.

 

Bütün xəbərlər