Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

18:01 - 15.11.2018



15 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə  Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çin Xalq Respublikasının Şanxay şəhərində  təşkil olunmuş “Prowine China” beynəlxalq şərab  sərgisində nümayiş olunur. Sahəsi 120 kvadrat metr olan  vahid ölkə stendində təqdim olunan  120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.
Artıq “Azəri Şərab” şirkəti  Çin Xalq Respublikasının Şanxay şəhərində faəliyyət göstərən şirkətlə 3 mln. ABŞ dolları dəyərində spirtli  içkilərin ixracına dair müqavilə bağlayıb. Azərbaycanın “A+Co”, “Cəlilabad Şərab-2”, “Tovuz Baltiya”, “Merit-Brand”, “Şərq Ulduzu”, “Aspi-Aqro”, “Gəncə Şərab-2”, ”Fireland” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə ediblər.
“Şirvan” şirkətinin istehsal  etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib.
Qeyd edək ki, “Prowine China” beynəlxalq şərab sərgisi bu gün başa çatır. 

 

Bütün xəbərlər