Noyabrın 19-da keçiriləcək depozit hərracında 350 milyon AZN cəlb ediləcək

13:13 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirəcəyini elan edib.

AMB-in məlumatına görə, depozit hərracı  19 noyabr  2018-ci il tarixində Bloomberg ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsilə 7,76% – 9,74% dərəcə ilə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.

AMB hərracları 13 iyun 2016-cı il tarixindən etibarən keçirir.

 

Bütün xəbərlər