PAŞA Bank yeni valyuta mübadilə şöbəsini istismara vermişdir

13:18 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Ölkənin aparıcı korporativ bankı PAŞA Bank paytaxtın mərkəzində yeni “28 may” valyuta mübadilə şöbəsini müştərilərin istifadəsinə vermişdir. 28 may küçəsi 46 ünvanında yerləşən şöbə bazar ertəsindən cümə gününədək, saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, son zamanlarda ölkəyə turist axınının artmasını nəzərə alaraq və onların maneəsiz valyuta mübadiləsi xidmətlərindən bəhrələnməsinə töhfə vermək məqsədilə PAŞA Bank artıq iki yeni bu tip xidmət göstərən şöbə açmışdır. İlk valyuta mübadilə şöbəsi 2017-ci ilin avqust ayında “Bulvar Otel Bakı” ərazisində istismara verilmişdir.

Bütün xəbərlər