Azərbaycanda qeyri neft sektorunun işçiləri üçün vergi güzəştləri olacaq

13:38 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Vergilər naziri Mikayıl Cabbarov vergi qanunvericiliyinə təklif edilən dəyişikliklər barədə danışdı.

Nazirin sözlərinə görə, vergi islahatının prioritet sahələrindən biri özəl qeyri neft sektorunda çalışanlara vergi yükünün azaldılmasıdır.

“Dəyişikliklər aylıq əmək haqqı 8 min manat olan işçilərə mənfəət vergisindən azad olunmasını nəzərdə tutur. 8 min manatdan yuxarı əmək haqqı olan vətəndaşların mənfəət vergisi 14% həcmində hesablanacaq”, - nazir belə deyib.

Onun sözlərinə görə, fiziki şəxslərin mənfəət vergisini sosial ayırmalarla birləşdirmək təklif olunur ki, bu da işəgötürənlər üçün prosesi asanlaşdırır.

“Hökumət bilərək  bu kimi güzəştlər tətbiq edir və gəlirinin bir hissəsini itirir, çünki bu, kölgə iqtisadiyyatında azalma, qanunsuz məşğulluğun qarşısının alınması və vətəndaşların pensiya hüquqlarını təmin edilməsinə gətirib çıxaracaq”, - deyə nazir bildirib.

Mikayıl Cabbarov bildirdi ki, mövcud qanunvericiliyə əsasən, 173 manata qədər əmək haqqı alan işçilərin gəlir vergisi 0%, 2500 manata qədər 14%, 2500 manatdan yuxarı  əmək haqqı alan işçilərin gəlir vergisi 25% təşkil edir.

2500-8000 manat məbləğində əmək haqqı üzrə vergini 14%-dən 0%-dək, 8000 manatdan yuxarı əmək haqqı üzrə vergini isə 25%-dən 14%-ə endirilməsi təklif olunur.

 

Bütün xəbərlər