Azərbaycanda mal və ixrac üzrə vergilər ÜDM-in 7,9%-ni təşkil edib

15:06 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycanın ÜDM-si 0,8% artaraq 65,233 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft sektorunda ÜDM-in artımı 1%, neft sektorunda isə 0,3% təşkil edib.

“Belə ki, ÜDM-in 45,7%-i sənaye sahəsinə, 9,4%-i ticarət, 6,5% tikinti, 6,4% nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə, 14,7%-i digər sahələrin payına düşür”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, mal və ixrac vergisi ölkənin ÜDM-nin 7,9%-ni təşkil edib.

 

Bütün xəbərlər