Azərbaycanda enerji içkiləri və elektron siqaretlərə aksiz vergisi tətbiq olunacaq

17:21 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi vergi qanunvericiliyinə düzəlişlər hazırlayıb Parlamentə təqdim etdi.

Nazirlik aksizli malların siyahısı və onların vergi dərəcələrini nəzərdə tutan 190-cu maddəyə düzəlişlər təklif edir.

Xüsusilə, idxal olunan alkoqollu enerji içkilərinin  hər litri üçün 2 manat, alkoqolsuz enerji içkiləri üçün 3 manat, hər siqar üçün 1 manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.

 

Bütün xəbərlər