Azərbaycan gömrükdə “elektron növbə” sistemi tətbiq edəcək

10:16 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sərhəd keçid prosesinin təkmilləşdirilməsi üzrə tədbirlər görür.

Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bildirib ki, nəzarət buraxılış məntəqələrində sıxlığın qarşısının alınması üçün elektron növbə sistemi tətbiq olunacaq.

“Yeni sistemin təqdimatı artıq keçirilmişdir. Bu, həm vətəndaşlar üçün keçid vaxtının azaldılmasına, həm də nəzarət buraxılış məntəqələri əməkdaşlarının işini sadələşdirməyə imkan verəcək", - deyə A.Abasov bildirib.

 

Bütün xəbərlər