Azərbaycanın dövlət büdcəsinin artıqlığı 427 milyon manat təşkil edir

19.11.2018,10:20


19 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri və xərcləri barədə məlumat verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 18,196 milyard manat, xərcləri isə 17,769 milyard manat təşkil edib.

“Beləliklə, büdcə artıqlığı 427 milyon manat səviyyəsində formalaşmışdır ki, bu da ÜDM-in 0,7 faizini təşkil edir”, - deyə komitədən bildirilib.