AMB depozit hərracında 350 milyon manat cəlb etdi

19.11.2018,12:02


19 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 19 noyabr  tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  1 308,4 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.