Azərbaycanda dövlət əmlakının daha 78 obyekti özəlləşdirilməyə çıxarıldı

19.11.2018,12:28


19 noyabr, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.

Dövlət Komitəsinin məlumatında deyilir ki, hərrac 18 dekabr tarixində keçiriləcək.

“Hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.