İlham Əliyev: Belarus ilə əməkdaşlığın bütün sahələrində konkret nəticələr görürük

15:22 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Belarus-Azərbaycan əməkdaşlığının bütün sahələrində konkret nəticələr var.

BelTA-nın məlumatına görə, bunu, bu gün Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Bizim münasibətlərimiz bununla fərqlənir ki, razılığına gəldiyimiz hə şeyi yerinə yetiririk. Biz bütün beynəlxalq strukturlarda bir-birimizi dəstəkləyirik və ticarət və iqtisadi əlaqələrimiz artır. Sənaye kooperasiyası çox fəal inkişaf edir, hərbi-texniki, mədəni və təhsil sahələrində əməkdaşlıq həmçinin yaxşı tarixə malikdir. Yəni, hər istiqamətdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük. Son illərdəki fəal əlaqələrimizin dövrü sizinlə razılaşdığınız məsələlərin həll olunma dövrüdür”, - İlham Əliyev belə deyib.

Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, onun hazırkı rəsmi səfəri son dövrdə ikitərəfli əməkdaşlığın nəticələrini müzakirə və təhlil etməklə yanaşı gələcəkdə qarşılıqlı əlaqələrin qurulmasına imkan verəcəkdir.

“Əminəm ki, bu gün mühüm qərarlar qəbul edəcəyik”, - deyə prezident bildirib.

İlham Əliyev Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.

 


Bütün xəbərlər