Lukaşenko: Azərbaycanla Belarus arasında bağlı mövzu heç vaxt olmayacaq

15:25 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin Belarusa səfəri perspektivdə ikitərəfli münasibətlərin qurulmasında yeni bir addım olacaq.

BelTA-nın verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə aparılan danışıqlarda ticarət-iqtisadi əlaqələrin dinamik inkişafını qeyd edib.

“Belə ki, 2018-ci ilin son dövründə qarşılıqlı ticarət dövriyyəsi, keçən ilin eyni dövrünə nisbətən üç yarım dəfə artmışdır. Mən bir daha təsdiq etmək istəyirəm ki, münasibətlərimizdə heç bir zaman qapalı mövzu olmayacaqdır. Bizə gəldiyinizə sevindim. Danışmaq üçün mövzular çoxdur. Bizim münasibətlərimiz həm ticarət və iqtisadi, siyasi və hərbi sahədə yaxşıdır. Ancaq yenə də səy göstərmək  və bu əlaqələri zənginləşdirmək lazımdır”, - deyə Aleksandr Lukaşenko bildirib.

 

Bütün xəbərlər