Belarus və Azərbaycan üçüncü ölkələrin bazarlarına birgə daxil olurlar

15:58 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Belarus və Azərbaycan üçüncü ölkələrin bazarlarını birgə araşdırmağı planlaşdırırlar.

BelTA-nın verdiyi məlumata görə, bu faktı, Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə aparılan danışıqlarda qeyd edib.

“Ölkələrin geniş istehsal kooperasiyası üçün  təməli qoyulmuşdur. Bu işin layiqli nümunəsi Belarusiyanın mühəndis sənayesinin qabaqcılları - MTZ və MAZ, eləcə də Gəncə Avtomobil Zavodu tərəfindən göstərilib. Gəncə şəhərində artıq 10 mindən çox traktor və 3,5 min ədəd avtomobil texnikası yığılıb. Bu gün biz, əməkdaşlığın əsaslı yeni mərhələsinə - üçüncü ölkələrin bazarlarının birgə mənimsənilməsinə başlamaq üçün hazırıq”, - deyə Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, Türkiyədə Minsk və Gəncə zavodlarının iştirakı ilə traktor istehsalı layihəsi yüksək hazırlıq səviyyəsindədir.

“Gələcək, məhz belə  təşəbbüslərlə olur və onlar vurğulanmalıdır”, - deyə Aleksandr Lukaşenko əmin olduğunu bildirib.

 

Bütün xəbərlər