Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin dəniz hissəsinin tikinti layihəsinin başa çatması ilə əlaqədar mərasimdə iştirak edəcək

16:15 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Bu gün Türkiyədə “Türk axını” qaz kəmərinin dəniz hissəsinin tikinti layihəsinin başa çatması ilə əlaqədar mərasim keçiriləcək.

Energetika Nazirliyinin məlumatında deyilir ki, nazir Pərviz Şahbazov mərasimdə iştirak edəcək.

İstanbulda keçiriləcək mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin iştirak edəcək.

Ümumi uzunluğu 1100 kilometr olacaq “Turk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək iki xəttin tikintisini və kəmərlərin hər biri 15,75 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutur. Boru kəməri ilə qaz nəqlinə 2019-cu ildə başlanacağı planlaşdırılır.

 

Bütün xəbərlər