Nəqliyyat sahəsi Belarus və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq

16:40 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Nəqliyyat sektoru Belarus ilə əməkdaşlığın əsas istiqamətlərindən  biri olacaq.

BelTA xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko  ilə geniş tərkibdə keçirilən görüşündə bildirib ki, gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat sektorunda əməkdaşlıq olacaq.

“Siz, Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin işi ilə bağlı bütün işlərini başa çatdırmışdır. İndi biz, nəqliyyat infrastrukturunun daha da modernləşdirilməsi məsələləri ilə məşğul oluruq, bu artıq əhəmiyyətli həcmli yük daşımaq qabiliyyətinə malikdir”, - İlham Əliyev belə deyib.

O qeyd edib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Prezident İlham Əliyevin sözlərinə görə, bu iki marşrut üzrə səylərin koordinasiyası əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq və on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq ki, bu da  ölkələr arasında yük axınının həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Öz növbəsində Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki,  Belarus, Azərbaycan ərazisində həyata keçirilən infrastruktur layihələrində iştirakını təklif edir.

“Biz Azərbaycanda infrastruktur layihələrinə qatılaraq yeni dəmir yolları, dəniz limanları, logistika mərkəzləri tikintisində iştirak etməyə hazırıq”, - deyə Belarus dövlətinin rəhbəri bildirib.

 

Bütün xəbərlər