Biləsuvar rayonunda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil ediləcək

14:40 - 20.11.2018


20 noyabr, Fineko/abc.az.  Dövlət İmtahan Mərkəzi 24 noyabr 2018-ci il tarixində saat 09:00-da Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində (Heydər Əliyev prospekti, 2D) Azərbaycan dili, riyaziyyat, ingilis dili, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramlarla (kurikulumlar) məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər. 

Bütün xəbərlər