Bu il Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunur

15:42 - 20.11.2018


20 noyabr, Fineko/abc.az.  Dövlət Turizm Agentliyinin məlumatına əsasən, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım baş verib.

Bu il gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.

10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1% təşkil edib, səyahətçilərin sayı isə 2,277 milyondan 2,416 milyona çatıb.

Bütün xəbərlər