Auditorlar Palatası Milli Aviasiya Akademiyası ilə əməkdaşlığa dair sənədin imzalanması üçün razılığa gəlib

16:02 - 20.11.2018


20 noyabr, Fineko/abc.az. Palatadan verilən məlumata görə, qurumun mütəxəssisləri Milli Aviasiya Akademiyasında "Nəqliyyat təşkilatlarının maliyyə hesabatlılığının şəffaflığının təmin olunmasında mühasibat uçotunun və auditin rolu" mövzusunda elmi seminarda iştirak ediblər. Milli Aviasiya Akademiyasının "Dünya iqtisadiyyatı" kafedrasının müdiri, professor Səfər Pürhani seminarın əhəmiyyətindən danışıb. Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, maliyyə və təsərrüfat idarəsinin rəisi Vəli Rəhimov "Maliyyə hesabatlılığının şəffaflığının təmin olunmasında mühasibat uçotunun və auditin rolu" mövzusunda, auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Səbuhi Gülməmmədov isə kadr hazırlığı sahəsində Milli Aviasiya Akademiyası və Auditorlar Palatasının birgə görəcəyi işlərlə bağlı məruzə ediblər.

Tədbir çərçivəsində hər iki qurum arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılığa gəlinib.

Bütün xəbərlər