“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

20.11.2018,17:27


20 noyabr, Fineko/abc.az. Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. Hazırda “Nar” ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub.

“Nar” il ərzində 680-dən çox 4G, 150-dan çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasınıistifadəyə verib.Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1600, 3G baza stansiyalarının sayı isə 2600-ü ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir.“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Açar sözlər: Nar