Bu gün Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə yük daşımalarına olan tariflərin endirilməsi haqqında protokol imzalandı

15:52 - 15.11.2017


15 noyabr, Fineko/abc.az. Bu gün Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının iclası keçirildi.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirdi ki, iclas gedişatında Azərbaycanda, Gürcüstanda, Türkiyədə və Qazaxıstanda marşrutun inkişafının perspektivləri, xüsusilə, ölkəmizin ərazisində marşrut üzrə daşımaların təhlükəsizliyi və vaxtlı vaxtında təmin olunması müzakirə olundu.

“İclasın yekununda, daşımalara olan tariflərin endirilməsi haqqında protokol imzalanıb. Yeni tariflər artıq bu gün protokolun bütün tərəflərinin müvafiq strukturlarının saytlarında dərc ediləcək”, - deyə C.Qurbanov bildirdi.

 

Bütün xəbərlər