Neftin qiyməti azaldı

09:58 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 2,16 dollar və yaxud 3,18% azalıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 65,78 dollar təşkil edir.

Noyabrın 20-də keçirilən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin yanvar fyuçersinin qiyməti  3,77 dollar (6,59%) düşərək bir barelə 53,43 dollar təşkil etmişdir.  

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti  4,26 dollar  (6,38%) düşərək bir barelə 62,53 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 9,10 dollara bərabərdir.

 

Bütün xəbərlər