Maliyyə Nazirliyi 40 milyon manat həcmində DQİ yerləşdirdi

10:05 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib. 

BFB xəbər verir ki, noyabrın 20-də  AZ0104012684 nömrəli, 40 milyon manat həcmində və tədavül müddəti 364 gün olan DQİ buraxılışı yerləşdirilib. 

14 investordan  113 391,2 min manat məbləğində 21 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 90,9544 AZN-dən (gəlirlik 10,000%)  94,1039 AZN-ə (6,3000%) qədər qiymət intervalında təklif edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 92,8869 AZN (gəlirlik 7,7000%), orta ölçülmüş qiymət 92,9934 AZN (7,5760%) səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 40 milyon manatlıq DQİ yerləşdirilib. DQİ-nin ödəmə tarixi: 19 noyabr 2019-cu il.

 

 

Bütün xəbərlər