Azərbaycanda fermerlərlə yeni, nağdsız hesablaşma forması tətbiq ediləcək

12:26 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. Azərbaycanda fermerlərlə hesablaşma metodu təkmilləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir ki, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC “Kapital Bank”ın dəstəyi ilə fermerlərlə hesablaşma metodunu dəyişdirdi.

“Kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödəniləcək. Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq”, - nazirlikdən belə xəbər verildi.

 


Bütün xəbərlər