TANAP və TAP qaz kəmərləri Türkiyə-Yunanıstan sərhədində birləşdirildi

16:49 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. Cənub Qaz Dəhlizinin ən böyük komponenti olan Transanadolu qaz boru kəməri (TANAP), Türkiyə ilə Yunanıstan sərhədində Meriç çayının sahillərində Transadriatik boru kəmərinə (TAP) qoşulub.

TANAP və TAP konsorsiumlarından xəbər verildiyi kimi, iki qaz kəmərinin birləşdirilməsi Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində mühüm addım oldu.

Xəbər verilir ki, TAP boyunca "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən Azərbaycan qazı Avropaya nəql ediləcək.

Xatırladaq ki, TANAP-ın ümumi uzunluğu 1850 kilometrdir. TANAP, Türkiyə ilə Gürcüstan arasındakı sərhəd zonada Ardahan vilayətindəki Türkgözü kəndindən başlanır, Türkiyənin 20 əyaləti və 67 qəsəbəsindən keçərək TAP-a qoşulduğu  Edirne əyalətində İpsala şəhərinə qədər uzanır.

 

 


Bütün xəbərlər