Şimal-Cənub dəmir yolunun tikintisinin ikinci mərhələsinin müddətləri açıqlandı

16:32 - 15.11.2017


15 noyabr, Fineko/abc.az. Azərbaycan cari ilin  dekabr ayının sonuna qədər Şimal-Cənub dəmir yolu  marşrutunun birinci mərhələsini bitirməyi planlaşdırır. 

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanovun sözlərinə əsasən,  ilin sonuna qədər Astara-Astara yolunun tikintisi  başa çatdırılacaq, İran ərazisində daha 1,4 km,  yükboşaltma terminalına, və ehtimal ki, sərnişin stansiyasına  qədər yolun tikintisi başa çatdırılacaq.

“İkinci mərhələ çərçivəsində aparılan tikinti işləri  artıq 2018-ci ilin birinci yarısında başlanacaq və 2020-ci ilə qədər davam edəcək. İşlər yekunlaşandan sonra, ümumi uzunluğu 164 km olan, Naxçıvana  qədər yol istismara veriləcək”, - C.Qurbanov belə deyib.

 

Bütün xəbərlər