Türkmənistan və Azərbaycan İlham Əliyevin Aşqabada səfəri nəticəsində 20 sənəd paketi imzaladılar

16:03 - 22.11.2018


22 noyabr, Fineko/abc.az. Noyabrın 22-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüş  keçirib.

Türkmənistan dövlət infornasiya agentliyi bildirir ki, Berdiməhəmmədov həmkarını və onu müşayiət edən heyət üzvlərini salamlayaraq, Türkmənistana rəsmi səfərə dəvətnamənin qəbul olunmasına görə təşəkkür etdi.

“Səfər, tərəflər arasında dostluq, xoş qonşuluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi, dövlətlərarası ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi və diversifikasiyası, siyasi və diplomatik sahədə əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və digər formatlarda gücləndirilməsi məqsədi ilə tərəflərin ardıcıl fəaliyyətinin məntiqli davamı kimi qiymətləndirilmişdir”, - Türkmənistan başçısı belə deyib.

Danışıqlar zamanı Türkmənistan-Azərbaycan tərəfdaşlığı beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və transsərhəd cinayətkarlıq kimi mövcud təhlükələrə və çağırışlara cavab verəcək effektiv amildir. Tərəflər ticarət-iqtisadi sahədə, yanacaq-enerji kompleksində, nəqliyyat axınlarının diversifikasiyasında, yeni ölkələrin və bölgələrin coğrafiyaya daxil edilməsinin və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin aspektlərini müzakirə ediblər.

Danışıqların sonunda ikitərəfli sənədlərin imzalanması mərasimi keçirildi.

Beləliklə, dövlət başçılarının iştirakı ilə aşağıdakı sənədlər imzalandı:

-  Hökumətlər arasında uzunmüddətli ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş;

- 2019-2021-ci illər üzrə hökumətlər arasında ticarət və iqtisadi əməkdaşlıq proqramı;

- İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması üzrə hökumətlərarası saziş;

- Gəlir və əmlak vergilərinə dair ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı hökumətlər arasında saziş;

- Sənaye sahəsində əməkdaşlıq haqqında Saziş;

- 2019-2022-ci illər üzrə hökumətlər arasında nəqliyyat sahəsində əməkdaşlıq proqramı;

- Türkmənistan-Azərbaycan nəqliyyat, tranzit və logistika üzrə birgə komissiyasının yaradılmasına dair Hökumətlərarası saziş;

- Hökumətlər arasında iki ölkənin limanları vasitəsilə beynəlxalq dəniz nəqliyyatı ilə daşımaların  inkişafı haqqında Saziş;

- Azərbaycan və Türkmənistan ərazisində beynəlxalq nəqliyyatda iştirak edənlər üçün viza rejiminin sadələşdirilməsi barədə razılaşma;

2019-2021-ci illərdə elm, təhsil, mədəniyyət və incəsənət sahəsində hökumətlər arasında əməkdaşlıq proqramı;

- Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında avtomatlaşdırılmış informasiya mübadiləsi üzrə saziş;

- Türkmənistan Dəmir Yolu Nəqliyyat Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QSC arasında nəqliyyat və tranzit məsələləri üzrə razılaşma;

- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair Saziş”

- “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında Saziş”

- “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması haqqında Saziş”

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında Saziş”

- “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında Saziş”

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı”

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”.

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı”.

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”.

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”.

 

Bütün xəbərlər