Azərbaycan Mərkəzi Bankı artıq daşınar əmlakı girov kimi qəbul edəcək

12:57 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. Azərbaycanda yenidən maliyyələşdirmə kreditlərinin alınması qaydaları dəyişdirilib.

Hüquqi aktlar saytında dərc olunmuş qərara əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) yenidən maliyyələşmə üçün kreditlərin alınması qaydalarını dəyişmişdir.

Bu gündən etibarən, banklar yenidən maliyyələşdirmə kreditləri almaq üçün, girov qismində daşınar əmlakdan istifadə edə biləcəklər.

Yeni qaydalara əsasən, girovluq daşınar əmlak rəsmi reyestrə daxil edilməlidir. Qaydalar 360 günədək müddətə verilən kreditlər üçün tətbiq edilir. Kreditin məbləği 20 milyon manatdan yuxarı olmamalıdır. Girov kimi istifadə olunan daşınar əmlakın dəyəri kreditin dəyərinin ən azı 150%-i təşkil etməlidir.

 

Bütün xəbərlər