Azərbaycanda elektron kənd təsərrüfatı sistemi 2019-cu ilin ortalarında yaranacaq

15:13 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi elektron kənd təsərrüfatı sisteminin yaradılması işlərini başa çatdırır.

Nazirliyin Kənd Təsərrüfatı layihələri və kreditləri Dövlət Xidmətinin rəis müavini Əmir Əmirlinin sözlərinə görə, kənd təsərrüfatının elektronlaşdırılması prioritet məsələlərindən biridir.

“Torpaqların peykdən öyrənilməsi, suvarılan torpaqların sahəsinin müəyyənləşdirilməsi, torpaqların öyrənilməsi və məlumatların tək məlumat bazasında toplanması əsas məqsədimizdir. Sistem artıq hazırlanıb, düşünürəm ki, gələn ilin ortalarında istifadəyə veriləcək”, - deyə Ə.Əmirov bildirib.

 

Bütün xəbərlər