2020-ci ildə Bakıdan Batumiyə birbaşa avtomagistral xətti açılacaq

16:05 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev ölkənin nəqliyyat və tranzit imkanlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Nazirin sözlərinə görə, hazırda ölkədə tranzit təyinatlı yolların tikintisi və yenidən qurulması üzrə genişmiqyaslı layihələr həyata keçirilir.

“Bu layihələr çərçivəsində 2020-ci ildə istifadəyə veriləcək Bakıdan Batumiyə qədər avtomagistral xəttinin tikintisi üzrə işlər aparılır. Gəncə şəhərindən Gürcüstana qədər yolun müasir standartlara uyğun tikintisi 2021-ci ildə başa çatacaq”, - nazir belə deyib.

 

Bütün xəbərlər