Azərbaycan yerli aqrar məhsulları haqqında turistlərə məlumat verəcək

23.11.2018,16:59


23 noyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi ilə Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Agentlikdən məlumat verildi ki, memorandumun imzalanmasında məqsəd Bakıda və ümumiyyətlə, bütün ölkədə aqrar turizmin inkişafına dəstək göstərməkdir.

“Memorandum ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları haqqında turistlərə məlumat vermək üçün birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur”, - məlumatda belə deyilir.