Azərbaycan sərhəddə beynəlxalq daşımaların iştirakçılarına viza verəcək

17:38 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. Azərbaycan beynəlxalq daşımaların iştirakçıları üçün viza verilməsi prosedurlarını sadələşdirir.

İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, vizalar beynəlxalq daşımaların iştirakçılarına nəzarət keçid məntəqələrində veriləcək.

“Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının iclasından sonra, dünən imzalanan beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında sazişin nəticəsi olaraq sərhəddə vizaların verilməsi mümkün olacaq”, - nazir belə deyib.

 

Bütün xəbərlər