Pərviz Şahbazov OPEC Nazirlər Şurasının iclasında iştirak edəcək

12:12 - 26.11.2018


26 noyabr, Fineko/abc.az. Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC  üzv ölkələrin Nazirlər Şurasının iclasında iştirak edəcək.

Nazirliyin məlumatına görə, dekabrın 5-də Vyanada nazirlər monitorinq komitəsinin iclası, həmçinin dekabrın 6-da Vyanada OPEC ölkələrinin toplantısı  keçiriləcək.

11 noyabr tarixində Abu Dabidə, OPEC + Nazirlər Monitorinq Komitəsinin iclası keçirilmişdir. Komitə, razılaşmanın həyata keçirilməsinə nəzarət  və onun tənzimləməsi üçün tövsiyələrin hazırlanması üçün yaradılmışdır. Gözləntilərə rəğmən, Komitənin iştirakçıları hələ 2019-cu ildə neft hasilatının azaldılmasını tövsiyə etmirlər, lakin bazarın monitorinqini davam etdirməyə qərar verdilər, idealda isə ittifaq gələn il müdaxilə etmək istəməzdi.

30 noyabr 2016-cı il tarixində Vyanada, OPEC ölkələri neft qiymətlərini sabitləşdirmək üçün oktyabr səviyyəsindən hasilatın gündə 1,2 milyon barel azaldılması haqqında razılığa gəldilər. OPEC-ə daxil olmayan 11 ölkə 2016-cı ilin dekabrın 10-da, hasilatı ümumilikdə  558 min barel/gündə, o cümlədən, Azərbaycan 35 min barel/gündə azaldılmasına razılıq verib. Neft hasilatının azalması ilə bağlı müqavilə 2018-ci ilin sonunadək uzadılıb. Cari ilin iyunun 23-də OPEC-in və qeyri OPEC ölkələrin nazirlərinin 4-cü iclasında sazişin 100% yerinə yetirilməsi, yəni hasilatın gündə 1 milyon barel artırılması barədə razılıq əldə olunub. Həmçinin Azərbaycan tərəfindən dəstəklənən bu qərar iyulun 1-də qüvvəyə minib.

 

Bütün xəbərlər