ARDNF valyuta hərraclarında 4,2 milyard dollar satdı

26.11.2018,13:06


26 noyabr, Fineko/abc.az. İlin əvvəlindən Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə 75 valyuta hərracı keçirib.

AMB-nin pul siyasətinin icmalına əsasən, ARDNF hərraclarda 4,289 milyard dollar dəyərində valyuta satmışdır.

Valyuta hərracları həftədə iki dəfə aparılır, hərrac parametrləri barədə məlumat "Bloomberg" terminallarında yerləşdirilir.